Netanyahu: “HAMAS-ın tunelləri məhv edilməyincə, Qəzzada hərbi əməliyyat dayandırılmayacaq”

Netanyahu: “HAMAS-ın tunelləri məhv edilməyincə, Qəzzada hərbi əməliyyat dayandırılmayacaq”
# 31 iyul 2014 13:14 (UTC +04:00)

Bakı – APA. İsrail HAMAS-ın inşa etdiyi tunelləri məhv etməyənədək Qəzzada hərbi əməliyyatı dayandırmayacaq.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib.

“Atəşkəs olsa da, olmasa da, İsrail hücum məqsədi ilə istifadə edilən bu tunellərin məhv edilməsində israrlıdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR