ABŞ-da bu gün leysan, subasma və tornado gözlənilir

ABŞ-da bu gün leysan, subasma və tornado gözlənilir
# 05 iyun 2016 08:56 (UTC +04:00)

Bakı-APA. Anomal istilərlə müşahidə olunan həftədən sonra bu gün ABŞ ərazisinin təxminən yarısında dağıdıcı təbii kataklizmlər, yəni leysan, subasma və tornado gözlənilir.

APA-nın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə meteoroloqlar xəbərdarlıq ediblər.

Artıq Texas ştatında ilk qurbanlar var, subasma nəticəsində ilk 9 hərbçi həyatını itirib. ABŞ-ın cənubunda, Meksika ilə sərhəddə 120-250 mm yağıntı proqnozlaşdırılır. Fırtınanın tropik qasırğaya çevriləcəyi ehtimal edilir. Ümumilikdə 17 milyon insanın yaşadığı Atlantik okeanı sahilləri, Vaşinqton və ətraf ştatlarda güclü leysan, dağıdıcı külək və tornado gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR