Almaniyada Parisdəki terror aktları ilə bağlı iş üzrə saxlanılanların hamısı sərbəst buraxılıb

Almaniyada Parisdəki terror aktları ilə bağlı iş üzrə saxlanılanların hamısı sərbəst buraxılıb
# 17 noyabr 2015 21:04 (UTC +04:00)

Bakı-APA. Almaniya polisi Parisdəki terror aktları ilə bağlı iş üzrə saxlanılan 7 şəxsi sərbəst buraxıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “N-tv” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl axtarışlar və yoxlamalar Almaniyanın Alsdorf şəhərində aparılıb. Almaniya DİN rəhbəri Tomas de Mezyer bildirib ki, saxlanılanların arasında əsas axtarılan şəxs aşkarlanmayıb.

Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, azı 300 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR