Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb - VİDEO

Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb - <span style="color: red;">VİDEO
# 18 noyabr 2015 14:12 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. B gün Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. Kənd sakini Qiyaməddin İbrahimova məxsus iki mərtəbəli yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Ev sahibinin sözlərinə görə, yanğına səbəb elektrik xətlərində baş verən qısaqapanma olub.

Yanğının baş verməsinin daha dəqiq səbəbləri müvafiq araşdırmalardan sonra bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR