Bakı - APA. Bakı şəhərinin Nəsimi rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 18 kv.m olan mağazada soyuducu yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 3 kv.m sahədə əriyib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.