Çexiya, Gürcüstan, Əfqanıstan, Maldiv Respublikası, Efiopiya və Bəhreyn liderləri Azərbaycan prezidentini təbrik ediblər

Çexiya, Gürcüstan, Əfqanıstan, Maldiv Respublikası, Efiopiya və Bəhreyn liderləri Azərbaycan prezidentini təbrik ediblər
# 29 may 2015 13:43 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Ə. Qaninin məktubunda deyilir:

“Zati-aliləri, 28 May – Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi, mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi arzu edirəm”.

İ. Əliyevi 28 May – Respublika Günü ilə əlaqədar həmçinin Bəhreyn kralı Həməd bin İsa Al-Xəlifə, Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum, Çexiya prezidenti Miloş Zeman, Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşome və Gürcüstanın baş naziri İrakli Qaribaşvili təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR