Azərbaycanda ÜDM istehsalı 2,2% artıb

Azərbaycanda ÜDM istehsalı 2,2% artıb
# 15 dekabr 2014 08:24 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5 710,7 manat (7281,3 ABŞ dolları) təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9%-dən 59,8%-dək yüksəlib. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% az əlavə dəyər istehsal edilib.

Ümumi daxili məhsulun 60,2%-i istehsal sahələrində, o cümlədən 42,6%-i sənayedə, 12,5%-i tikintidə, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 32,5%-i isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 14,9%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR