BMT: İŞİD silahlıları bir neçə məğlubiyyətdən sonra taktikanı dəyişib

BMT: İŞİD silahlıları bir neçə məğlubiyyətdən sonra taktikanı dəyişib
# 03 sentyabr 2015 18:14 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları kürd silahlı birləşmələri ilə davam edən döyüşlər zamanı Suriyanın əraziləri üzərində nəzarəti itirir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları Şurasının rəhbəri Paulo Serjiu Pineyru bildirib.

Onun sözlərinə görə, İŞİD silahlıları kürd silahlı dəstələri ilə döyüşlərdə uğradıqları bir neçə məğlubiyyətdən sonra hücum taktikasını dayandıraraq terrorçu-kamikadze, məsafədən idarə olunan minalanmış avtomobillər, yaxud pusqu vasitəsilə terror aktları törətməyə üstünlük verməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR