Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edən gənclər tutulub

Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edən gənclər tutulub
# 17 aprel 2015 09:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, 2014-cü ilin oktyabr ayından bu il martın 12-dək Bakı şəhər sakini Məzahir Ağayevin Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən bağ evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Ramin Emin oğlu İsrafilov və 1995-ci il təvəllüdlü Rasim Xaliq oğlu Yusifov tutulub.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar bu il fevralın 10-da saat 21 radələrində Binə qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Uyanik Hüseyinin evindən plastik pəncərəni açmaq yolu ilə 200 manat və 2 ədəd qol saatı oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR