UEFA FIFA-nın seçki konqresini boykot edə bilər - VİDEO

UEFA FIFA-nın seçki konqresini boykot edə bilər - <span style="color: red;">VİDEO
# 28 may 2015 03:33 (UTC +04:00)

Bakı-APA. Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) seçki konqresini boykot edə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr mayın 28-ə təyin olunub.

Bundan əvvəl UEFA korrupsiya qalmaqalı fonunda FİFA-da prezident seçkilərini təxirə salmağa çağırmışdı.

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR