FHN-in xilasediciləri suda batan iki nəfəri xilas edib

FHN-in xilasediciləri suda batan iki nəfəri xilas edib
# 26 iyun 2016 18:08 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində, Mingəçevir su anbarında (məntəqənin ərazisində) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR