Kürdəmir sakini balta ilə mağazaya hücum edərək pulları aparıb - FOTOSESSİYA - VİDEO

Kürdəmir sakini balta ilə mağazaya hücum edərək pulları aparıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 14:02 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda mağazadan soyğunçuluq edən şəxs saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında qeydə alınıb. Rayonun Xırdapay kənd sakini Sərxan Əhmədov ona məxsus mağazaya naməlum şəxsin balta ilə hücum edərək soyğunçuluq etməsi barədə Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Dükan sahibinin sözlərinə görə, naməlum şəxs balta ilə mağazanın işçilərinə hədə-qorxu gələrək kassada olan pulları götürərək qaçıb. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış işləri həyata keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir sakini Xəqani Allahyarov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs əməllərini etiraf edib. Xəqani Allahyarovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR