“Kolorado atıcısı”na ömürlük cəza verilib

“Kolorado atıcısı”na ömürlük cəza verilib
# 08 avqust 2015 02:40 (UTC +04:00)

Bakı-APA. 2012-ci ildə ABŞ-ın Kolorado ştatında kinoteatrda kütləvi qətliam törədən, "Kolorado atıcısı" ləqəbli Ceyms Holmsa ömürlük cəza verilib.

APA-nın məlumatına görə, C.Holms barəsində hökmü doqquz qadın və üç kişidən ibarət andlılar məhkəməsi çıxarıb.

Ceyms Holms cəzasını həbsxanada, şərti və vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malik olmadan çəkəcək.

Xatırladaq ki, C.Holms 2012-ci ildə Kolorado ştatının Avrora şəhərində kinoteatrda “Zülmət cəngavəri: Əfsanənin dönüşü” filminin nümayişi zamanı atəş açaraq 12 nəfəri öldürmüş və 70 nəfəri yaralamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR