Ağcabədi rayonunda Qrad döyüş başlığı və tank mərmisi aşkar edilib - FOTOSESSİYA

Ağcabədi rayonunda Qrad döyüş başlığı və tank mərmisi aşkar edilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 iyun 2016 17:07 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (anama) tərəfindən Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, 26 İyun tarixində rayonun Minəxorlu kəndində 1 əkin sahəsinə və Muğanlı kəndində Qar-Qar çayı sahilinə baxış keçirilib.

İki ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı və BK14-M 125 mm-lik tank mərmisi) aşkar olunub. Mərminin daşınması mümkün olmadığı üçün yerində partlayış yolu ilə məhv edilib. Gün ərzində 15 000 kv. m ərazi təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR