Bilik Fondu Qaradağda 31 mart soyqırımı ilə bağlı tədbir keçirib

Bilik Fondu Qaradağda 31 mart soyqırımı ilə bağlı tədbir keçirib
# 30 mart 2015 14:58 (UTC +04:00)

Bakı - APA. Prezident yanında Bilik Fondu Qaradağ rayonu 320 nömrəli orta məktəbdə 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirib.

Fonddan APA-ya verilən məlumata görə, məktəbin direktoru, Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Namiq Cəfərov belə tədbirlərin Azərbaycan tarixinin öyrənilməsi və təbliğində böyük əhəmiyyəti olduğunu bildirib.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bilik Fondunun mühazirəçisi, Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova 31 mart hadisələrindən, qanlı tarixi faktlardan söhbət açıb. Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı isə 31 mart soyqırımının dünya mətbuatında işıqlandırılmasından və bu tarixi dərsdən çıxaracağımız nəticələrdən danışıb.

Fondun Beynəlxalq Layihələr sektorunun əməkdaşı Rauf Həsənov çıxışında məktəbliləri daha çox maariflənməyə, Azərbaycan tarixinə qara hərflərlə yazılan faciələri hərtərəfli öyrənməyə, unutmamağa çağırıb.

Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR