Azərbaycan bələdiyyə seçkilərində müşahidə aparılması üçün AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinə müraciət edib

Azərbaycan bələdiyyə seçkilərində müşahidə aparılması üçün AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinə müraciət edib
# 08 dekabr 2014 11:04 (UTC +04:00)

Strasburqdakı səfirimiz də onlarda daim əlaqədədir, gəlişlərini gözləyirik. Qərar vermək onlardan asılıdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, namizədlərin seçicilərlə görüşü və təşviqat üçün bütün şərait yaradılıb və indiyə qədər bu sahədə Mərkəzi Seçki Komissiyasına hər hansı şikayət daxil olmayıb. O, seçki prosesində bəzi öyrədilmiş şəxslərin seçki prosesinə kölgə salmağa cəhd etməsi hallarının ola biləcəyini söyləyib: “Təsadüfən kimsə hansısa səhv hərəkətə yol verə bilər və bundan bəhanə kimi istifadə edə bilərlər. Elə bəhanələrin olmamasına çalışmalıyıq. Çünki Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunur, seçkinin nəticələri heç vaxt şübhə doğurmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR