Səfir Alper Coşkun: “Dünyaya sülh mesajı vermək niyyətindəyik”

Səfir Alper Coşkun: “Dünyaya sülh mesajı vermək niyyətindəyik”
# 15 aprel 2015 20:05 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə iştirak edən Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun 100 il əvvəl Çanaqqalada baş vermiş türklər üçün ölüm-qalım döyüşünü yad etdiklərini bildirib: “Bu elə bir an idi ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk əmanətindəki əsgərlərə ölməyi əmr etmişdi. Bu əmri yerinə yetirən türk əsgərləri də azərbaycanlı qardaşlarını hər an yanlarında, onlarla çiyin-çiyinə görüblər. 1918-ci ildə Azərbaycanda Qafqaz İslam ordusu ilə birlikdə burda olan Anadolulu əsgərləri kimi, Azərbaycanlı qardaşlarımız da bu məqsədlə mübarizədə onların yanında olmuşlar, onlarla birlikdə getdikləri bu yolda şəhidlik zirvəsinədək ucalmışlar. Azərbaycanın birliyi üçün tarixdə verdiyiniz bu cür qardaşlıq və dostluq əlaqələri bu gün də davam edir”.

Səfir qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri iki ölkə prezidentlərinin dəstəyi ilə daha da irəliləməkdədir: “Təqdimat mərasiminə qatılan Azərbaycan rəsmilərinə tək-tək təşəkkür edirəm. Bu il Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin anılması münasibəti ilə bir çox önəmli tədbirlər keçiriləcək. Biz bununla dünyaya sülh mesajı vermək niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR