Gürcüstanın müdafiə naziri vəzifədən gedir

Gürcüstanın müdafiə naziri vəzifədən gedir
# 12 iyul 2016 11:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın Respublikaçılar Partiyası seçkiqabağı kampaniyaya start verib və bir neçə gündən sonra partiyanın üzvləri - müdafiə naziri Tina Xidaşeli ilə barışıq və vətəndaş bərabərhüquqluluğu üzrə dövlət naziri Paata Zakareişvili öz postlarını tərk edəcəklər”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Respublikçılar Partiyasının lideri, Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib. O bildirib ki, Respublikaçılar Partiyasından olan hər iki nazir ölkələri üçün çox iş görüblər: “Bir necə gündən sonra baş nazirin razılığı əsasında onlar öz işlərini yekunlaşdıraraq partiyanın təbliğat fəaliyyətinə qoşulacaqlar. Ətraf mühit naziri Giqla Aqulaşviliyə gəldikdə isə, o başqa seçim edib və partiyadan çıxaraq hökumətdə qalıb”.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Artıq ölkədə seçkiqabağı kampaniya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR