Lerik sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb

Lerik sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb
# 03 aprel 2015 10:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Lerik sakininin mənzilində xeyli sayda silah-sursat aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini Qurbanəli Babayevin evindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundaqlar aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR