Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Oktyabr - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2014 17:19 (UTC +04:00)

Bakı-APA. Cəmiyyət uzun illər məruz qaldığı kütləvi psixozun “bəhrəsini” görür. Ən ağlasığmaz cinayətlərin ard-arda sıralanmasının səbəbini sosial problemlərlə izah edənlər yanılır. Əsl səbəb mental dəyərlərin aşınması, kütlənin yad təsirlərə asanlıqla tabe olmasıdır. İstənilən filmdəki dəhşətli zorakılıq aktının bir müddət sonra real həyatda təkrarlandığına sanki alışmışıq.

“Yaxşı, Pis və Zalım” filminin dəbdə olduğu dövrlər vardı, hamımız Klint İstvudun hər addımda düşmənini dar ağacından asmasına doyunca gülürdük. Və bir gün bölgələrin birində bir uşaq öz azyaşlı qardaşını boğazından asarkən hamımız şoka düşdük. Bizləri şoka salan təkcə faktın özü deyildi, uşağın sadəlöhvlüklə “kinodakı səhnəni oynamaq istəyirdik, qardaşımı asdım və o öldü” deməsi idi. Bu, yad filmlər vasitəsilə kütləvi psixoza məruz qalmağımızın ilk təsiri idi və bu təsir hələ də davam edir. Bir bacının yuxu görərək qalxıb digər bacısının başını kəsməsi də bunun nəticəsidir.

Mərc gələrəm ki, o qız bu səhnəni nə zamansa hansısa filmdə görüb və bir gün qeyri-şüurlu şəkildə həmin səhnəni həyatda yaşamaq istəyib. Bu tip digər cinayətlər də televiziyadan, internetdən evlərimizə asanlıqla daxil olan, mental dəyərlərimizi çeynəyib yerə atan yad təsirin məhsuludur. Elə bu təsir səbəbindən biz hələ də toylara hə, yoxsa yox deyək üzərində baş sındırırıq. Elə bu səbəbdən də baş verən ən dəhşətli qəzalara rəğmən avtoşluğa meyl edənlərin sayı gündən-günə artır. Mentalitetimizi yad təsirlərdən qorumağın vaxtı çoxdan çatıb. O yad təsirin adı film olsun, musiqi olsun, din olsun, ya başqa bir şey...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR