Azərbaycan boksçusu zədə səbəbindən yarımfinal görüşünə çıxa bilməyəcək - VİDEO

Azərbaycan boksçusu zədə səbəbindən yarımfinal görüşünə çıxa bilməyəcək - <span style="color: red;">VİDEO
# 24 iyun 2015 13:31 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcəsində yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən Məhəmmədrəsul Məcidov I Avropa Oyunlarında çıxışını başa vurub.

Buna səbəb onun zədələnməsidir. Bu üzdən də ikiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı sabah rusiyalı Qasan Qimbatovla keçirilməli olan döyüşə çıxmayacaq. Sonuncu birbaşa finala yüksələcək.

Komandamızın məşqçisi Nəriman Abdullayev bildirib ki, həkimlərin rəyinə əsasən Məhəmmədrəsulun zədəli rinqə çıxması təhlükəlidir.

Məcidovun 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədələndiyi bildirilir.

Qeyd edək ki, Bakı-2015-də 11 boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. Onlardan Məcidov bürünc medalla kifayətləndiyi halda, digərləri 1/2 final döyüşlərində mükafatın əyarını yüksəltməyə çalışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR