E. ON: Neftin ucuzlaşması "Cənub Qaz Dəhlizi"nin reallaşmasına təsir etməyəcək

E. ON: Neftin ucuzlaşması "Cənub Qaz Dəhlizi"nin reallaşmasına təsir etməyəcək
# 29 sentyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Neftin qiymətinin daha da aşağı düşməsi "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçılarına təsir etsə də, bu, layihənin reallaşmasına təsir etməyəcək".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi – 2015" (Azerbaijan & Caspian Sea Oil & Gas Week – 2015 konfransında E. ON şirkətinin təchizat üzrə vitse-prezidenti Maykl Hilmer bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Avropaya nəqli üçün Trans-Adriatik boru kəməri layihəsinin (TAP) seçilməsi, o cümlədən 2013-cü ildə "Şahdəniz" Mərhələ II layihəsi üzrə yekun investisiya qərarının qəbul olunması "zamanında verilmiş qərar idi".

"Bu qərarın verilməsi Azərbaycan qazının Avropaya nəqli üzrə işləri sürətləndirib. İşlərin hazırkı gedişatı onu deməyə əsas verir ki, hər şey doğru istiqamətdə gedir", - deyə vitse-prezident qeyd edib.

O, bildirib ki, "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan bəzi ölkələrdə "siyasi dəyişikliklər baş verib və bu ölkələrdə bəzi siyasi məsələlər həll olunmalıdır". "Söhbət İtaliya və Yunanıstandan gedir, - deyə M. Hilmer qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR