TQDK II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb

TQDK II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb
# 22 iyul 2014 14:20 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlərin imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənmələri mümkündür. Abituriyentlər imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 31326 ( 15562 nəfər II qrup üzrə, 15764 nəfər III qrup üzrə) abituriyentdən 813 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 30513 abituriyentdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR