Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib - FOTO

Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 18 iyul 2014 17:04 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov prezident İlham Əliyevin tapşırığına əsasən orduda aparılan islahatlar, müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir zirehli texnikalarla komplektləşdirilməsi, onların döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, nizam-intizamın gücləndirilməsi, sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər haqqında geniş məruzə ilə çıxış edib.

Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Tədbirdə Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, general-mayor Rəhman Quliyev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR