2026-cı ilin yanvar-oktyabr aylarında 123 131 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 53,7%-ni kişilər, 46,3%-ni isə qadınlar təşkil edib.