Bakının mərkəzi küçələrindən biri bir həftəlik təmirə bağlanıb - VİDEO

Bakının mərkəzi küçələrindən biri bir həftəlik təmirə bağlanıb - <span style="color: red;">VİDEO
# 11 dekabr 2014 08:57 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən NİİM-ə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir).

Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işlərininin 1 həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR