“Elektron Hökumət” portalına daxil olanların sayı 1,5 milyona çatıb

 “Elektron Hökumət” portalına daxil olanların sayı 1,5 milyona çatıb
# 10 aprel 2015 12:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron Hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

APA-Economics”in məlumatına görə, MHM-nin direktoru Nail Mərdanov 1 aprel tarixinə elektron hökumət portalı üzərindən elektron xidmətlərə olan müraciətlərin sayının 8 608 138-ə çatdığını bildirib. N. Mərdanov “Elektron Hökumət” portalına daxil olanların ümumi sayının isə 1 452 488 nəfər olduğunu bildirib.

N. Mərdanovun sözlərinə görə, vətəndaşların portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır.

“Elektron arayışların istifadəçilərinin sayı durmadan artır. Bu gün artıq banklarla yanaşı, bir sıra lizinq şirkətləri də bizimlə müqavilə bağlayıblar və portal tərəfindən verilən elektron arayışlardan istifadə edirlər”, - deyə qurum rəsmisi bildirib.

MHM-nin direktorunun sözlərinə görə, mart ayı ərzində portala 448 724 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 166 147 nəfər olub.

Qeyd edək ki, mart ayı ərzində portala müraciət edənlərin 27,5%-ni yeni istifadəçilər, 72,5%-ni isə təkrar müraciət edənlər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR