Gəncədə 76 yaşlı qadın intihara cəhd edib

Gəncədə 76 yaşlı qadın intihara cəhd edib
# 29 mart 2013 10:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə intihara cəhd hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Sadıllı qəsəbəsində yaşayan, 1937-ci il təvəllüdlü Pakizə Qəhrəmanova dünən iki övladının dəfn edildiyi İmamzadə qəbiristanlığında kimyəvi məhlul içərək özünü öldürmək istəyib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən P. Qəhrəmanovanın səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR