Olland: “Nitsada törədilən terror aktı nəticəsində xeyli sayda uşaq ölüb”

Olland: “Nitsada törədilən terror aktı nəticəsində xeyli sayda uşaq ölüb”
# 15 iyul 2016 05:04 (UTC +04:00)

Bakı-APA. Nitsada yük maşınının Bastiliya Qalasının Alınması Günü münasibəti ilə bayram tədbirinə toplaşmış kütləni əzib keçməsi nəticəsində azı 77 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland xalqa telemüraciətində deyib.

“Nitsada yük maşınının sürücüsü öldürmək, əzmək, məhv etmək niyyəti ilə 14 İyulu (Bastiliya Qalasının Alınması Günü) qeyd edən insan kütləsini əzib. Bu ana 77 nəfərin öldüyünü demək olar, onların arasında xeyli sayda uşaq var. İyirmiyədək insanın vəziyyəti kritikdir. Bu hücumun terror xarakterli olduğunu inkar etmək olmaz”, - deyə Olland qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR