Ukrayna 2020-ci ilədək Polşaya 110-kilometrlik qaz borusu çəkməyi planlaşdırır

Ukrayna 2020-ci ilədək Polşaya 110-kilometrlik qaz borusu çəkməyi planlaşdırır
# 15 oktyabr 2014 01:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Layihənin dəyəri 245 mln dollar təşkil edir.

Polşanın “Polenergia” şirkətinin idarə heyətinin sədr müavini Radoslav Dudzinski Polşada keçirilmiş biznes-forumda çıxışı zamanı qaz borusunun 2019-2010-ci illərdə işə salınacağını bildirib.

Qaz borusunun Lvov vilayətindəki “Bilçe-Volitsa” yeraltı qaz anbarlarından Ukrayna-Polşa sərhədindəki “Drozdoviçi” qaz-hesablayıcı stansiyasınadək çəkilməsi planlaşdırılıb.

Layihənin reallaşacağı təqdirdə Ukrayna Almaniyadan qaz ala biləcək. Bundan başqa, Polşanın Svinouystse şəhərində 2015-ci ildə istifadəyə veriləcək terminaldan maye qazın tədarük edilməsi də istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR