Bank Of Baku

Azərbaycanda bu ilin I rübündə benzin və dizel istehsalı artıb

Azərbaycanda bu ilin I rübündə benzin və dizel istehsalı artıb
# 17 aprel 2018 13:16 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 712,8 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,6% azalıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 5,5%, yanacaq mazutunun istehsalı 89,9% azalıb.

 

Avtomobil benzininin istehsalı 0,4% artaraq 307,6 min ton, dizel yanacağının istehsalı 6,4% artaraq 477,8 min ton təşkil edib.

 

Bu ilin yanvar-mart aylarında sürtkü yağlarının istehsalı 40,5% artaraq 5,2 min ton, neft bitumunun və neft koksunun istehsalı müvafiq olaraq 3,4 dəfə və 53,3% artıb. Nəticədə ötən üç ayda neft bitumunun istehsalı 58,8 min ton, neft koksunun istehsal həcmi isə 63,6 min ton olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR