Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən Ermənistan dövləti yalan üzərində qurulub” - VİDEO

Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən Ermənistan dövləti yalan üzərində qurulub” - <span style="color: red;">VİDEO
# 17 mart 2015 14:44 (UTC +04:00)

Bakı - APA. “Gənclər bilikli, savadlı, eyni zamanda vətənpərvər, Vətənə bağlı olmalıdırlar. Gənclər tarixi, tarixi həqiqətləri həm bilməli, həm də təbliğ etməlidirlər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin açılış mərasimində deyib.

Prezident İlham Əliyev bu gün Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparıldığını bildirib: “Keçmişimizi qaralamaq, şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ölkələr tapmaq çox çətindir. Böhranlara baxmayaraq, Azərbaycan və Türkiyə bu gün inkişaf edir. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz gələcəyimizi tarixi həqiqət üzərində qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmir, gələcəyimizi yalan-böhtan üzərində qurmuruq. Bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən Ermənistan dövləti yalan üzərində qurulub. Onların tarixi yalan, bizə qarşı irəli sürdükləri iddialar əsassızdır”.

Dövlət başçısı bildirib ki, tarixi sənədlər, həqiqət var: “Bunlar açıq sənədlərdir. Biz haqq yolundayıq, işimiz haqq işidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR