Birinci Avropa Oyunlarının məşəli Şamaxıya gətirilib - FOTOSESSİYA

Birinci Avropa Oyunlarının məşəli Şamaxıya gətirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 may 2015 20:31 (UTC +04:00)

APA-nın məlumatına görə, paytaxtdakı od məbədi Atəşgahda alovlandırılan rəmz bu gün Qobustandan Şamaxı rayonuna gətirilib. APA-nın məlumatına görə, şəhərin Heydər Əliyev parkının qarşısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlayıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəliblər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə səhnəyə qalxaraq məşəli alovlandırıb.

Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırıb və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Sonra paytaxtdakı Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olunub.

Daha sonra Alov festivalı keçirilib. Bayram konsertində respublikanın tanınmış incəsənət ustaları və yerli musiqiçilər çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR