Nazirlik 100-dən çox əlili istirahət mərkəzinə göndərib

Nazirlik 100-dən çox əlili istirahət mərkəzinə göndərib
# 28 iyun 2016 13:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 106 nəfər əlil şəxs respublikamızın səfalı guşələrinə istirahətə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 76 nəfəri Xaçmaz, 30 nəfəri isə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub ki, onlardan artıq 57%-nin və ya 565 nəfərin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Həmin insanlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.

Əlilliyi olan şəxslərin yola salınması tədbirində aylıq sosial müavinət və əmək pensiyası ilə təmin olunanların 35%-ə qədərinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğu, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmçinin il ərzində nazirliyin reabilitasiya mərkəzlərində 8 mindən çox əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərildiyi, onların sosial reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi üçün tədbirlərin ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR