Daşkəsəndə çobanı ildırım vurub

Daşkəsəndə çobanı ildırım vurub
# 14 iyul 2015 05:09 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Ağdam rayon sakinini Daşkəsəndə ildırım vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 13-də axşam saatlarında baş verib. Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Quliyev Ceyhun Şirxan oğlu at üstündə qoyunları apararkən ildırım onu vurub. İldırım zərbəsinin gücündən atdan yerə yıxılan C. Quliyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR