Bakıda İsrail dövlətinin yaranmasının 65 illiyi qeyd olunub - FOTO

Bakıda İsrail dövlətinin yaranmasının 65 illiyi qeyd olunub - <span style="color: red;">FOTO
# 16 aprel 2013 12:19 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Bakıda İsrail dövlətinin yaranmasının 65 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkəsinin qısa müddətdə əldə etdiyi uğurlar barədə danışıb. O, Azərbaycanın heç vaxt antisemitizmin müşahidə olunmadığı ölkələrdən olduğunu deyib.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iki ölkə arasında həmişə dostluq münasibətlərinin olduğunu qeyd edib və İsrail dövlətinin milli bayramı münasibətilə iştirakçılara təbriklərini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR