Yaponiya Kubada keçiriləcək islahatlara maliyyə dəstəyi göstərəcək

Yaponiya Kubada keçiriləcək islahatlara maliyyə dəstəyi göstərəcək
# 03 may 2015 04:56 (UTC +04:00)

Bakı-APA. Yaponiya Kuba lideri Raul Kastronun keçirəcəyi iqtisadi islahatlara maliyyə dəstəyi göstərəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Noticias Martí məlumat yayıb.

Müvafiq bəyanatla Havanada səfərdə olan Yaponiyanın XİN rəhbəri Fumio Kisido bildirib.

“Kubanın islahatlar sahəsində səylərini dəstəkləmək üçün, biz, ilk növbədə, maliyyə yardımı da daxil olmaqla yeni əməkdaşlıq sxemi yaradacağıq”, deyə yaponiyalı nazir bildirib.

“İkincisi, biz biznes sahəsindəki iqtisadi əlaqələri bundan sonra daha da möhkəmləndirmək niyyətindəyik”, deyə Fumio Kisido əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya da bundan əvvəl Kuba layihələrinə 400 mln dollar sərmayə yatırmaq niyyətində olduğunu aşıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR