SOCAR və “Samsung Engineering Co. Ltd.” arasında gələcək əməkdaşlıq müzakirə olunub

SOCAR və “Samsung Engineering Co. Ltd.” arasında gələcək əməkdaşlıq müzakirə olunub
# 02 mart 2015 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Samsung Engineering Co. Ltd.” şirkətinin baş icraçı vitse-prezidenti, Əməliyyatlar üzrə baş direktor və Karbohidrogenlər üzrə Biznes bölməsinin rəisi Sunq An Çoinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev SOCAR və “Samsung Engineering Co. Ltd.” arasında Karbamid zavodu layihəsi çərçivəsində davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, zavodun tikintisinin uğurla davam etdiyini vurğulayaraq bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib.

S. Çoi SOCAR-ın Karbamid zavodunun tikintisində baş podratçı qismində iştirak etməsindən qürur duyduğunu söyləyib və şirkətin ölkəmizdəki fəaliyyətində göstərilən dəstəyə görə, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Görüşdə Karbamid zavodu layihəsinin reallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR