Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti bir neçə saatlıq məhdudlaşdırılır

Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti bir neçə saatlıq məhdudlaşdırılır
# 21 may 2015 08:59 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən saat 11:00-dan axşam saat 17:00-dək tətbiq edilir.

Tərtib olunmuş qrafikə əsasən, Biləcəri qəsəbəsinin Natəvan, Ordubadi, Ə. Qasımov və Y. Hüseynov küçələrində saat 11:30-da, Böyükşor yol qovşağında yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 12:00-da başlanılacaq.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR