ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Azərbaycana gələcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Azərbaycana gələcək
# 13 oktyabr 2014 11:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.

Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.

Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR