Tərtərdə 3 otaqlı, İmişlidə isə 8 otaqlı ev yanıb

Tərtərdə 3 otaqlı, İmişlidə isə 8 otaqlı ev yanıb
# 02 oktyabr 2014 21:26 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Tərtərdə və İmişlidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonunun Sarov kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə, evin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə, 1 otağının tavanı 20 kv.m sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 8 otaqlı evdə baş vermiş yanğın nəticəsində 1 otağın dam örtüyünün və tavanının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR