Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirilir - FOTO

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirilir - <span style="color: red;">FOTO
# 27 aprel 2013 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Türkiyənin dövlət və özəl universitetləri, yataqxanaları, kolleclərinin iştirakı ilə təhsil sərgisi keçirilir. APA-nın xəbərinə görə, “Akademi Group” şirkəti tərəfindən təşkil olunan sərginin açılışında Türkiyə səfirliyinin təhsil müşavirliyinin nümayəndələri iştirak edib. Türkiyə təhsil ocaqlarının qatıldığı sərgidə 30-dan artıq qurum iştirak edir. Sərgidə Bahçeşehir Universiteti, Aydın Universiteti, Atatürk Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Akdeniz Universiteti və digər ali təhsil ocaqları təmsil olunur. Sərgi çərçivəsində tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilir. Bundan əlavə, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçirilir.

Türkiyə Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Meral Barlas bildirib ki, Azərbaycanla Türkiyə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də birgə əməkdaşlıq edirlər. Onun sözlərinə görə, bu sərginin keçirilməsində məqsəd iki ölkə tələbələrinin qarşılıqlı əməkdaşlığına, əlaqələrinin möhkəmləndirilməsinə təkan verməkdir.

Qeyd edək ki, sərgi bu gün və sabah saat 12:00-18:00 arası “Hilton” hotelində davam edəcək. Sərgiyə giriş ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR