Çinin xarici işlər naziri: “Honkonqda qeyri-qanuni aksiyaların keçirilməsi yolverilməzdir”

Çinin xarici işlər naziri: “Honkonqda qeyri-qanuni aksiyaların keçirilməsi yolverilməzdir”
# 02 oktyabr 2014 03:51 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Van İ Honkonqda baş verən etirazlara münasibət bildirən ilk yüksək rütbəli Çin məmuru olub.

ABŞ-da səfərdə olan Çinin xarici işlər naziri bəyan edib ki, Honkonqdakı hadisələr Çinin daxili işidir.

“İstənilən ölkədə, cəmiyyətdə ictimai asayişi pozan qeyr-qanuni hərəkətlər yolverilməz sayılır. Bütün ölkələr Çinin suverenliyinə hörmətlə yanaşmalıdırlar. Əminik ki, Honkonq hökuməti qanun çərçivəsində yaranmış vəziyyətin öhdəsindən gəlmək iqtidarındadır”, deyə Van İ əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR