Millət vəkili AMEA-nın institut direktoru təyin edilib

Millət vəkili AMEA-nın institut direktoru təyin edilib
# 05 noyabr 2014 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr təyinatları aparılıb.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib.

Qeyd olunub ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.


Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya da AMEA-da vəzifə verilib. O, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR