İTV-nin Yayım Şurası üzvlüyünə elan olunmuş müsabiqəyə namizədlərin qəbulu başa çatıb

İTV-nin Yayım Şurası üzvlüyünə elan olunmuş müsabiqəyə namizədlərin qəbulu başa çatıb
# 19 mart 2013 15:19 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyət müddəti bitən İTV-nin Yayım Şurası üzvlüyünə elan etdiyi müsabiqəyə namizədlərin qəbulu başa çatıb.

MTRŞ-nin Aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları üzrə namizədlər MTRŞ-ya təqdim edilib.

İlkin məlumata əsasən, yaradıcılıq təşkilatları tərəfindən 7 (Azərbaycan Jurnalistlər Birliyi tərəfindən 2, Yazıçılar Birliyi tərəfindən 2, Rəssamlar İttifaqı tərəfindən 1, Bəstəkarlar İttifaqı tərəfindən 2 namizəd), dini konfessiyalardan 1 təşkilat tərəfindən 2 namizəd, idman federasiyalarından bir təşkilat tərəfindən 2 namizəd irəli sürülüb.

T. Məmmədov deyib ki, MTRŞ martın sonunda namizədlərin siyahısını Milli Məclisə təqdim edəcək. Milli Məclis irəli sürülən namizədlərdən hər istiqamət üzrə 1 nəfər olmaqla İTV-nin Yayım Şurası üzvlüyünə təsdiq edəcək.

Qeyd edək ki, bu il aprelin 17-də İTV-nin Yayım Şurasının üzvləri Ağacan Abıyev, Salman Musayev və Altay Zahidovun səlahiyyət müddəti başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR