Sabah Azərbaycanda hava küləkli olacaq - VİDEO

Sabah Azərbaycanda hava küləkli olacaq - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2014 09:57 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 10-da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR