AMEA nümayəndəsi: “Yaxşı kadrlarımızın çoxunu bu kadrların hazırlanmasına heç bir xərc çəkməmiş BP, SOCAR və digərləri aparır”

AMEA nümayəndəsi: “Yaxşı kadrlarımızın çoxunu bu kadrların hazırlanmasına heç bir xərc çəkməmiş BP, SOCAR və digərləri aparır”
# 06 fevral 2015 13:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bizim yaxşı kadrlarımızın çoxunu bu kadrların hazırlanmasına heç bir xərc çəkməmiş BP, SOCAR və digərləri aparırlar”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi Dilqəm Tağıyev deyib.


D. Tağıyev bildirib ki, Azərbaycan adambaşına düşən patentlərin sayına görə yalnız Şri-Lankadan irəlidir, ölkədə 1 milyon adam başına 100 ballıq sistemlə 0,2 patent düşür. O qeyd edib ki, AMEA işləmələrinin tətbiqi nəticəsində əldə edilən mənfəətin müəyyən hissəsinin AMEA-nın hesabına keçirilməsini tənzimləyən hüquqi bazanın yaradılmasına ehtiyac var.

AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi fundamental tədqiqatların inkişafı və gənclərin elmə cəlb edilməsi üçün beynəlxalq laboratoriyaların yaradılmasını və beynəlxalq proqramlar vasitəsilə istedadlı gəncləri nəzəri kimya sahəsində fundamental tədqiqatlara cəlb edilməsini zəruri sayıb. D. Tağıyev elmi fəaliyyəti stimullaşdırmaq üçün əmək fondunun qənaəti, qrantlardan köçürülən vəsait və mükafat fondunun hesabına AMEA institutlarında xüsusi fond yaradılmasını təklif edib: “Problemlərdən biri də Kimya Elmləri Bölməsində əməkdaşların yaşı ilə bağlıdır. Əməkdaşların 50 faizindən çoxunun yaşı 60-dan yuxarıdır, 26 faizinin yaşı isə 39 yaşa qədərdir. Yaş senzi qoyulması yaxşı olardı, insanlar gəlir, ömürlərinin sonlarına qədər işləyirlər”.

D. Tağıyev 2016-cı ildə Kimya və Texnologiya üzrə İkinci Dünya Türk Konfransının Bakıda keçirilməsini də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR