Ermənistanda ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır

Ermənistanda ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır
# 01 noyabr 2014 11:18 (UTC +04:00)

Ermənistanda qida məhsullarında bahalaşma müşahidə olunur. APA TV-nin məlumatına görə, son bir neçə gündə yarma, ağartı məhsulları, şirələr, duz, tomat pastası, siqaret və digər məhsulların qiymətində ciddi artım müşahidə olunub. Lakin son olaraq ət məhsulları və kartofun qiymətinin qalxması insanlar arasında ciddi narazılığa səbəb olub. "Məlumatlandırılmış və müdafiə olunmuş istehlakçı" ictimai təşkilatının rəhbəri Babken Pipoyanın sözlərinə görə, kartof və ət məhsullarının bahalaşması ehtimal edildiyi kimi heç də Rusiya bazarına açılmaq imkanı ilə bağlı deyil. Belə ki, hələ indiyə kimi həmin ərzaqlardan 1 kiloqram da olsa Rusiya bazarına göndərilməyib.

"Rusiya bazarına idxal imkanı hələ söz-söhbətdir, iqtisadi perspektivdir və bizim ət məhsullarımız hələ ki, idxal olunmur. Adıçəkilən məhsulların bahalaşması isə başqa amillərlə bağlıdır. Bu əsasən düzgün olmayan iqtisadi kursla əlaqəlidir", - deyə Babken Pipoyan bildirib. Onun sözlərinə görə, mal ətinin bahalaşmasının səbəbi kəndlilərin öz heyvanlarına verəcək yemin olmaması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR