Paris yaxınlığında aparılan əməliyyat zamanı 3 nəfər saxlanılıb

Paris yaxınlığında aparılan əməliyyat zamanı 3 nəfər saxlanılıb
# 18 noyabr 2015 07:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Parisdə baş verən terror aktı ilə bağlı şəhər kənarındakı Sen-Deni bölgəsində polis tərəfindən aparılan xüsusi əməliyyat zamanı 3 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə yerli BFM televiziyası məlumat yayıb. Daha 2-3 nəfər şübhəli şəxs mənzillərdən birində mühasirədədir. Həmçinin bildirilir ki, ərazidə atışma səsləri eşidilmir, amma helikopterlər havadan bölgəni nəzarətdə saxlayırlar.

Əməliyyatın məqsədinin terror aktının təşkilatçısı Abdelhamid Abaudu ələ keçirmək olduğu deyilir.

Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə partlayışlar nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR