Azərbaycan dəyəri 44,5 mln. dollar olan sürətli gəmi alır

Azərbaycan dəyəri 44,5 mln. dollar olan sürətli gəmi alır
# 05 iyun 2015 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hərbi gəmilərin layihələndirməsi və istehsalı ilə məşğul olan "Austal Limited" "Caspian Marine Services Limited of Azerbaijan" şirkəti ilə uzunluğu 70 metr olan sürətli katamaran gəmisinin tikintisi ilə bağlı müqavilə imzalayıb.

Bu barədə "APA-Economics" "Austal Limited" şirkətinin saytına istinadən məlumat verir.

Müqavilənin dəyəri təxminən 44,5 mln. dollar təşkil edir.

150 nəfər sərnişin üçün nəzərdə tutulmuş katamaran Filippin tərsanəsində istehsal olunacaq.

Katamaran ekipajı və yükləri Azərbaycan Dövlət Neft Şirkəti və BP şirkəti tərəfindən istismarda olan dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR